Ru
13:46 / 13 Mart 2023

"Azərbaycan irimiqyaslı əməliyyat həyata keçirəcək" - Ekspert

4580
“Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilərin cəmiyyətimizə inteqrasiyası Azərbaycanla Ermənistan arasındakı sülhün uzunmüddətli və qalıcı olmasının vacib şərtlərindən biridir”.



Bunu Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı Bakupost.az -a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü mübahisəsizdir, real siyasət müstəvisində də bu prinsip güclüdür:

"Nə Ermənistan, nə də başqa bir dövlətin beynəlxalq hüquqa zidd iddiaları bu məsələyə gölgə sala bilməz. Düzdür, Azərbaycan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə suverenliyini tam bərpa etmiyib. Amma Azərbaycan bu problemi qısa müddətdə həll edə bilər. Bunu 44 günlük müharibədən sonra erməni cəmiyyəti də yaxşı anlayır".


Araz Aslanlının sözlərinə görə, ermənilər “yeni ərazilər üçün yeni müharibə" ritorikasının necə darmadağın olduğunun fərqində deyillər:


“Onlar hələ də "Böyük Ermənistan" xülyası ilə yaşayırlar. Görünür, 44 günlük müharibədən dərs almayıblar. Ancaq Azərbaycan məsələni sadəcə, dinc yolla həll etmək istəyir. Lakin biz yenə də erməni təxribatları ilə qarşılaşırıq. Ermənistan rəhbərliyinin bu təxribatları, həmçinin müəyyən xarici qüvvələrin regionda sülhə qarşı yönələn addımları Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasını uzadır. Son baş verən təxribatlar buna sübutdur. Amma Azərbaycan öz strateji xəttinə sadiqdir. Bizim yanaşmamız budur ki, 44 günlük müharibə ilə bu məsələ həll edilib. İndi isə diplomatik və dinc yolla qalan məsələlər həll olunmalıdır. Bu, ən uğurlu yoldur. Ancaq nə vaxt bu təxribatlar meydan oxuma şəklinə keçəcək, o zaman Azərbaycan irimiqyaslı əməliyyat həyata keçirəcək. Kimlər Azərbaycan vətəndaşı kimi qalıb burda yaşamaq istəyirsə, onlara şərait yaradılacaq, kimlər istəmir, çıxıb gedə bilər”.

Əfsanə Rəcəb
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər