Yaxın Şərqdə hərbi gərginliyə baxmayaraq, qlobal neft təklifinin artması və ABŞ-nin ehtiyatlarının çoxalması qiymətlərin ucuzlaşmasına səbəb olub.
“Bakupost” xəbər verir ki, “Brent” markalı neftin bir bareli 92 dollara yaxınlaşıb, “Light” markalı neft isə 85 dollardan aşağı düşüb.
Beynəlxalq Enerji Agentliyi və “Goldman Sachs” qlobal bazarda neft təklifinin tələbi üstələdiyini bildirir. ABŞ Neft İnstitutunun məlumatına görə, ötən həftə ölkənin xam neft ehtiyatları 5,3 milyon barel artıb.
Ekspertlər hesab edirlər ki, Körfəzdə baş verən gərginlik artıq bazar üçün adi hala çevrilib və onun qiymətlərə təsiri zəifləyib. Genişmiqyaslı müharibə başlamadığı təqdirdə, bazarın bu vəziyyətə uyğunlaşacağı gözlənilir.
Vüsalə Hüseynova,
BakuPost