Bakıda Azərbaycan və Bolqarıstan milliləri arasında “FIFA series–Edition 2024” layihəsindəki yoldaşlıq oyunu başlayıb.
Bakupost.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matç saat 20:00-da start götürüb.
Görüşü estoniyalı hakim Kristo Tohver idarə edir.
20:46
Bakıda Azərbaycan və Bolqarıstan milliləri arasında “FIFA series–Edition 2024” layihəsində keçirilən yoldaşlıq oyununda ilk hissə başa çatıb.
Komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.
21.01
Bakıda Azərbaycan və Bolqarıstan milliləri arasında “FIFA series–Edition 2024” layihəsində keçirilən yoldaşlıq oyununda ikinci hissə başlayıb.
Hələlik matçda hesab açılmayıb.
***
Bakıda Azərbaycan və Bolqarıstan milliləri arasında “FIFA series–Edition 2024” layihəsində keçirilən yoldaşlıq oyununda hesab açılıb.
Qonaqların heyətində Filip Krastev 59-cu dəqiqədə fərqlənib. - 0-1
***
Oyunun 87-ci dəqiqəsində Musa Qurbanov hesabı bərabərləşdirdi. Azərbaycan- Bolqarıstan: 1-1
***
Maçt bitdi.