Ru
19:01 / 30 İyun 2025

Azərbaycan və Ukrayna arasında protokol imzalandı

Azərbaycan və Ukrayna arasında protokol imzalandı
Eye

30 iyun 2025-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Ukrayna Xarici İşlər Nazirliyi arasında sayca yeddinci konsulluq məsləhətləşmələri keçirilib.


XİN-dən Bakupost.az-a verilən xəbərə görə, konsulluq məsləhətləşmələrində Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Ukrayna nümayəndə heyətinə isə Ukrayna Xarici İşlər Nazirliyinin Konsulluq xidməti departamentinin rəisi Vladislav Kanevski rəhbərlik edib.


Məsləhətləşmələrdə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidmətinin rəsmiləri, o cümlədən Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin və Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları da iştirak edib.



Məsləhətləşmələr zamanı konsulluq sahəsi üzrə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları müzakirə edilib.


Azərbaycan Respublikasının və Ukraynanın vətəndaşlarının hüquq və qanuni mənafelərinin qorunması istiqamətində əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunulub, konsulluq sahəsində rəqəmsal xidmətlərin və proseslərin tətbiqinə dair qabaqcıl təcrübə üzrə, həmçinin hər iki ölkənin viza-miqrasiya siyasəti barəsində fikir mübadiləsi aparılıb.


Tədbirin yekununda məsləhətləşmələr çərçivəsində keçirilmiş müzakirələrin nəticələrinə dair protokol imzalanıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar