Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasına dünyanın 191 ölkəsindən 1831,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bu barədə
"Bakupost"a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6% azdır.
Gələnlərin 27,1%-i Rusiya Federasiyası, 19,4%-i Türkiyə, 7,7%-i İran, 4,9%-i Gürcüstan, 4,5%-i Qazaxıstan, 3,7%-i İsrail, 3,5%-i Pakistan, 3,1%-i Özbəkistan, 2,8%-i Çin, 2,6%-i Hindistan, 2,4%-i Səudiyyə Ərəbistanı, 1,6%-i Ukrayna, 1,3%-i Türkmənistan, hər birindən 1,1% olmaqla Almaniya və Böyük Britaniya, 1%-i Belarus, 12,2%-i digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 66,8%-ni kişilər, 33,2%-ni qadınlar təşkil edib.
2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2026-cı ilin yanvar-sentyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,1% artaraq 94,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,3% artaraq 699 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 32% azalaraq 218,3 min nəfər, digər ölkələrdən gələnlərin sayı 5,5% azalaraq 820,3 min nəfər təşkil edib.
Ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 73,5%-i hava, 25,2%-i dəmir yolu və avtomobil, 1,3%-i isə dəniz nəqliyyatından istifadə edib.
Ailələrin, vətəndaşların mənzil-mülk şəraiti də daxil gündəlik ərzaq, daimi iş-məşğuliyyət-yaşam qazancı Sosial qayğı və tələbatların ən azı hər rübdə və ən azı 16-25% müxtəlif əhali-cəmiyyət kateqoriyasından formal-şifahi də yox, yazılı sorğulana bilər ki, İdarə etmə ABŞERON tıxaclarından başlamış, hər ailənin tələbatını İdarə-Etmə necə tənzimləsin? Qurulacaq Ailələr də daxil 1ci yerli Mülk-mənzil, 2ci İş təminatı ardınca Daxili Sosial-iqtisadi və Xarici səmərəli münasibətlərin iki tərəfli zəruri sorğuları deyilmi? Azərbaycana gələnlərin dəqiq-yazılı sorğusu, ən Ağır-ağrılısi təbii ki, xüsusilə azı Üç əsrlik Böyük Qardaş RFdən növbəti 699 min nəfərin (texniki *Azal* qəzası, ya cinayət işləri səbəbli?), ən yaxın Qonşu Gürcüstandan və Tarixi Soydaş Türkiyə vətəndaşlarının deportu, kiçik Azərbaycan üçün hədsiz çox saylı əlaqələrə baxmayaraq, münasibətlərin heç də faydalı-effektiv olduğunu təsdiqləmir? Xaricdən gələn digər vətəndaşların gəlmə maraq və əsas məramı, eləcə hər iki tərəfə şəxsi-özəl, formal yox, daha fərqli münasibətləri sorğusu sabah-gələcək üçün mükəmməl həllər verə bilər?