Ru
16:05 / 25 İyun 2024

Azərbaycanda “Aİ-92” və dizel BAHALAŞACAQ? – Vahid Əhmədovun AÇIQLAMASI

Azərbaycanda “Aİ-92” və dizel BAHALAŞACAQ? – Vahid Əhmədovun AÇIQLAMASI
Eye

Xəbər verdiyimiz kimi, yaxın vaxtlarda Azərbaycanda “Aİ-92” markalı benzin və dizelin bahalaşacağı qeyd olunur.

Bu barədə “Bakinski Burila” Teleqram kanalı məlumat yayıb.


Bakupost.az -ın əldə etdiyi məlumata görə, qiymət artımı təxminən 20 qəpik olacaq.


Məsələ ilə bağlı millət vəkili Vahid Əhmədov Bakupost.az –a açıqlama verib.


O, indiki vəziyyətdə qiymət artımının olacağına inanmadığını deyib:

“Aİ-92 markalı benzin Azərbaycanda kifayət qədər çox işlədilir. Ölkədə yenidənqurma işləri aparılır. Və Aİ-95 markalı benzin Azərbaycanda istehsal olunacaq. Biz onu xaricdən idxal edirik. Ola bilsin ki, Azərbaycanda istehsal olunanda qiyməti müəyyən qədər aşağı düşsün. Qiymətlərin bahalaşacağı ilə bağlı heç nə eşitməmişəm. İnanmıram ki, yeni ilə qədər qiymət artımı olsun”.


Aygün Nəbiyeva
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar