Ru
09:30 / 25 İyun 2025

Azərbaycanda dəhşətli qəza - 3 nəfər öldü

Azərbaycanda dəhşətli qəza - 3 nəfər öldü
Eye

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az qafqazinfoya-ya istinadla xəbər verir ki, qəza rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes”, “KİA” və “Opel” markalı avtomobillərin toqquşması zamanı 3 nəfər həyatını itirib.

"Mercedes" markalı avtomobildə olanlar Qurbanov Nicat, onun qardaşı Qurbanov Ceyhun və Süleymanov Elçin hadisə yerində həyatını itirib. Digər "KİA" markalı avtomobilin sürücüsü Qənbərov Bəndalı isə müxtəlif dərəcəli ağır xəsarətlər alaraq Füzuli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, B.Qənbərovun vəziyyəti ağır olduğundan onu Sabunçu Tibb Mərkəzinə təxliyə edilib.

Faktla bağlı araşdırma davam etdirilir.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar