Ru
11:45 / 17 Yanvar 2025

Azərbaycanda ucuzlaşmaya necə nail olmaq olar? - Açıqlama

Azərbaycanda ucuzlaşmaya necə nail olmaq olar? - Açıqlama
Eye


“Gündəlik təlabat malları, ərzaq məhsullarının qiyməti bahalaşıb. Bu məsələdə hökumətin görə biləcəyi real iş yalnız məzənnənin sabit saxlanılmasıdır. Çünki daxili istehlak idxaldan kifayət qədər asılıdır”.

Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib.

Onun sözlərinə görə, daxili bazarın liberallaşdırılmasına ehtiyac var. Bazar libarallaşsa və təklifçilərin sayı artsa, bu, özlüyündə qiymətlərin optimallaşmasına ciddi şəkildə təsir edəcək.


Ekspert bildirib ki, bəzi məhsulların yerli istehsalı istehlak normasından aşağıdır. Ona görə də həmin qidalardan idxal asılılığı davam edir. Bununla belə, bir qisim zəruri ərzaqların istehsalı qənaətbəxş sayıla bilər. Ölkədə kərə yağının istehsalı az olsa da, marqarin yağı və şəkər tozu təlabatı ödəyir.

İqtisadçı bir çox ərzaqların istehsalının artırılması üçün potensial olduğunu da deyir:

“Yerli istehsalı genişləndirmək üçün şərtlər sadələşdirilsə, daha böyük imkanlar yaradılsa, məhsuldarlıq artar, nəticədə bazarda ucuzlaşma müşahidə olunar”.

Sevinc,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar