Beş xarici şirkətin Azərbaycana quş əti məhsulları ixrac etməsinə məhdudiyyət qoyulub.
Bu barədə
Bakupost.az -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Belə ki, Belarusun “Птицефабрика Городок”, Rusiyanın “Индюшкин Двор” və “Невинномысский Мясокомбинат”, Ukraynanın “Птицекомплекс Губин”, Gürcüstanın “Chirina LTD” şirkətinə məxsus quş əti məhsullarından götürülmüş nümunələrin Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinəsi nəticəsində “Salmonella” aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar aidiyyəti ölkələrin müvafiq qurumlarına ixracın dayandırılmasına dair müraciət ünvanlanıb, görülən tədbirlər barədə Agentliyə məlumat verilməsi bildirilib.
Yeni elektron-kosmik sürətli Mediamız nə zamandan amiranə yox, ana dilimizə və hala-hadisəyə uyğun gerçək hüquqi-münasibət ifadə edəcəklər? Ölkəmizin və dövlətimizin kənar tərəfə heç bir qadağa səlahiyyəti yoxdur. Sadəcə, Keyfiyyəti aşağı və ya Öz texniki şərtlərinə uyğunsuz məhsullardan imtina edilib!