Ru
22:23 / 16 Avqust 2026

Azərbaycanın iki rayonuna Bakıdan axın başladı - SƏBƏB

Azərbaycanın iki rayonuna Bakıdan axın başladı  - SƏBƏB
Eye

“Demək olar ki, yay mövsümünün son ayıdır. Çünki sentyabrdan ümumtəhsil müəssisələri, universitetlər açıldığı üçün turistlər daha çox sentyabrın 15-nə qədər plan qururlar”.

"Bakupost" xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında turizm eksperti Cabir Dövlətzadə deyib.

Onun fikrincə, hazırda regionlardan ən çox gedilən yer Qəbələ və Qusardır:

“Cənub zonasında Lənkəran və Astara rayonlarına çox gedilir. Göygölə, Gəncə tərəfə gedən turistlər də az deyil. Təbii ki, iyul-avqust ayından ciddi qiymət fərqi yoxdur. Sadəcə artıq insanlar otellərdə yox, yerlərdə turizmdən istifadə edirlər: biryataqlı, ikiyataqlı, üçyataqlı kirayə evlərdən istifadə edərək daha meqonomik büdcə ilə tətillərini başa vurmağa çalışırlar. Amma regionlarda qiymətlər heç də ucuz deyil”.

Ekspert həmçinin qeyd edib ki, sentyabrın sonu yüksək turizm mövsümünün bitməsi gözlənilir:

“Çünki sentyabrın sonunda “Formula 1” var. Bu, sentyabr ayının ən pik nöqtəsidir və həmin ayda xüsusən “Formula 1” qonaqları, azarkeşləri ölkəmizə gələcəklər. Həmin müddətdə mərkəz otellərində qiymətlər ən azı 2-3 dəfə bahalaşacaq”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar