Ru
10:15 / 02 İyul 2025

Azərbaycanla aramızı vurmaq istəyənlər çoxdur - Zaxarova

Azərbaycanla aramızı vurmaq istəyənlər çoxdur - Zaxarova
Eye

“Rusiya ilə Azərbaycan arasında dostluq münasibətləri son dərəcə vacibdir, onu korlamaq istəyənlər nə etdiklərini yaxşı düşünməlidirlər”.

Bakupost.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Bunun üçün əllərini ovuşduranlar çoxdur, ancaq onlar məyus olacaqlar. Çünki bizim üçün, hesab edirəm ki, hər iki xalq üçün dostluq münasibətləri həqiqətən də son dərəcə vacibdir. Onları korlamaq istəyənlər isə nə etdiklərini yaxşıca düşünməlidirlər”, - Zaxarova qeyd edib.

Azərbaycan hüquq-mühafizə orqanlarının “Sputnik Azərbaycan”da keçirdikləri əməliyyat çərçivəsində Rusiya vətəndaşlarının saxlanılmasından danışan diplomat xatırladıb ki, iyulun 1-də Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona “sərt demarş” verilib:

“Hesab edirəm ki, indi müşahidə etdiyimiz bir sıra aspektlər və ya bir sıra məqamlar, yumşaq desək, ikitərəfli münasibətlərə töhfə vermir, əksinə, onları daha da pisləşdirir. Bütün bunlar dünən səfirə bildirilib. Ona görə də hazırda iş gedir”.

Xatırladaq ki, iyunun 30-da “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyi (DİN) araşdırmalara başlayıb. Redaksiyada keçirilmiş əməliyyat çərçivəsində iki Rusiya vətəndaşı saxlanılıb. Onların Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları olduğu bildirilir.

İyunun 27-də isə Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti azərbaycanlıların evinə basqın edib. Zorakılıq zamanı 2 azərbaycanlı öldürülüb. Basqında tanınmış jurnalist və ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşları Ziyəddin və Hüseyn Səfərov döyülərək qətlə yetirilib.

Hadisə zamanı bəzi soydaşlarımız ağır bədən xəsarətləri alıb, habelə 9 nəfər saxlanılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar