Hansı bank etibarlıdır? - SORĞU
Ru
12:33 / 05 İyun 2024

Azərbaycanla sərhəddə aksiyalar: Qalstanyanın məqsədi nədir? - ŞƏRH

2635
“Erməni keşiş Baqrat Qalstanyanın keçirdiyi etiraz aksiyaları əhali üçün əvvəlki qədər cəlbedici deyil. Bu aksiyalar artıq azalan say tərkibi ilə diqqəti cəlb edir. Əvvəlcə Azərbaycanın Qazax rayonu istiqamətində Kirants kəndində başlayan aksiyaların müxtəlif zamanlarda həm İrəvan, həm Gümrü, yenidən Kirants, indisə Zod istiqamətində keçirilməsini planlaşdıran Baqrat Qalstanyan elə bir ciddi nəticə əldə etməyəcək”.



Bunu Bakupost.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O, Zod yataqları istiqamətində aksiyaların təsadüfi olmadığını bildirib:

“Zod yataqları istiqamətində aksiyaların keçirilməsi Azərbaycanla həmsərhəd olan kəndlərin əhalisini hərəkətə gətirməkdir. Zod yatağının səksən faizə yaxını Azərbaycanın nəzarətinə keçib. Yaxın erməni kəndlərində çox sayda işsiz, daha əvvəl Azərbaycana məxsus yataqların talanmasında iştirak edən insanlar var. Qalstanyan həmin işsiz kontingenti bu aksiyalara cəlb etmək məqsədi güdür. Başqa sözlə desək, o, həmin işsizləri öz tərəfinə çəkmək istəyir. Lakin bu, heç bir nəticə verməyəcək. Qalstanyanın bu cəhdləri 10-15 gün ərzində boşa çıxacaq. Çünki ermənilər onun Köçəryan və Sərkisyan komandasının maskalanmış bir üzvü olduğunun fərqindədirlər”.

Qeyd edək ki, Ermənistanın “Vətən uğrunda” hərakatının üzvləri Azərbaycanla həmsərhəd bölgələrdə aksiyalar keçirəcəklər. Arxiyepiskop Baqrat Qalstanyan bu gün Vardenisdə mitinq keçirəcəklərini bildirib.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar