Ru
13:51 / 03 Aprel 2024

"Azercell"in "Instagram" izləyicilərinin sayı 200 000 oldu!

1004
"Azercell"in "Instagram" səhifəsində izləyici sayı 200 000-i ötüb.

Bakupost.az xəbər verir ki, şirkət 2012-ci ildən etibarən aktiv şəkildə idarə etdiyi səhifənin izləyici auditoriyasını informativ, maraqlı və faydalı məzmunlu paylaşımlar vasitəsilə genişləndirməyə müvəffəq olub.


Ümumilikdə "Azercell"in Facebook, X, Instagram, LinkedIn və YouTube platformalarında istifadəçi sayı 1 milyonu ötür. Bu kanallarda lider mobil operator keçirdiyi layihələr, xüsusi təkliflər və kampaniyalar haqqında məlumat paylaşır, eləcə də müştəriləri ilə real vaxt rejimində birbaşa ünsiyyət qurur. Ölkədə sosial media üzərindən müştəri xidmətlərini təqdim edən ilk mobil operator olaraq "Azercell" bu istiqamətdə öz fəaliyyətini uğurla davam etdirir, abunəçiləri tərəfindən ünvanlandırılan sualları operativ şəkildə cavablandırır.

Həmçinin, şirkət rəsmi sosial media hesablarında təşkil etdiyi tədbirlərdən canlı yayımlar açır, eyni zamanda müsabiqələr keçirərək izləyicilərinə dəyərli hədiyyələr qazanmaq imkanı verir. Qeyd edək ki, aprel ayının 2-dən etibarən "Azercell" "Instagram" platformasında növbəti müsabiqəyə start verib. Müvafiq paylaşımın şərh bölməsində öz Instagram səhifəsinin izləyici sayını yazan hər kəs müsabiqədə iştirak edə bilər. Müsabiqə 8 aprel 14:00-dək davam edəcək.

"Azercell"i sosial mediada izləyin və ən son yeniliklərdən xəbərdar olun!

Facebook: https://www.facebook.com/azercell

Instagram: https://www.instagram.com/azercell/

YouTube: https://www.youtube.com/c/AzercellYouTube

X: https://twitter.com/azercell

LinkedIn: https://www.linkedin.com/company/azercell/

Threads: https://www.threads.net/@azercell

TikTok: https://www.tiktok.com/@azercell_official
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər