Ru
19:49 / 06 May 2024

"Badamdar Hotel"də külli miqdarda yeyinti - Cinayət işi açıldı

1264
"Badamdar Estates" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus "Badamdar Hotel & Residences"də külli miqdarda mənimsəmə faktı qeydə alınıb.

Bakupost. az "Qaynarinfo"ya istinadla xəbər verir ki, hadisədə günahlandırılan Qarayev Dünyamalı İntizam oğlu barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə cinayət işi açılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə hakim Novruz Kərimovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, "Badamdar Estates" MMC-nin qanuni təmsilçisi Anar İbrahimov Əhmədiyə oğludur. MMC-nin hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 23876.42 manat vergi borcu var. Anar İbrahimov Azərbaycanda ən məşhur otellərin baş meneceridir.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər