Oktyabrın 13-də saat 22 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1987-ci il təvəllüdlü Azər İbrahimovu kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 1981-ci il təvəllüdlü Təbriz Həsənov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən edilib.
Bakupost.az APA-ya istinadən xəbər verir ki, T.Həsənov cinayəti əməlini törətdikdən sonra hadisə yerini tərk edərkən naməlum avtomobil tərəfindən vurulması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Hazırda istintaq araşdırması davam etdirilir.