Ru
17:55 / 25 Sentyabr 2026

Bakıda avtobusda DAVA: Sürücü sərnişinə söydü, şüşəyə zərbələr endirdi – VİDEO

Bakıda avtobusda DAVA: Sürücü sərnişinə söydü,  şüşəyə zərbələr endirdi – VİDEO
Eye

Bakıda 214 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda sürücü və sərnişin arasında dava düşüb.

“Bakupost” xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Kadrlardan məlum olur ki, mübahisəyə sürücünün avtobusa minən sərnişinlərə “rədd olun, keçin arxaya” deməsi səbəb olub. Xanım sərnişinlərdən biri sürücünün bu ifadəsinə iradını bildirib.

Bundan sonra tərəflər arasında əvvəlcə sözlü mübahisə yaranıb. Mübahisə qızışdıqca tərəflər bir-birinə yüksək səslə qışqırmağa başlayıblar. Kadrlarda sürücünün sərnişinə qarşı söyüş və nalayiq ifadələr işlətdiyi də eşidilir.

Daha sonra sürücü sərnişinlərdən ayrılan arakəsmə şüşəsinə zərbələr endirib. Hadisə anını lentə alan xanım sərnişin isə sürücünün davranışına etirazını davam etdirib.

Qarşıdurma avtobus hərəkətdə olarkən də davam edib.

Gərginlik zamanı sürücü “Komsomol dairəsi”ndə bütün sərnişinləri avtobusdan düşürəcəyini və avtobusu sürməyəcəyini deyib.

Hadisə ilə bağlı AYNA-ya sorğu ünvanlamışıq.

Lalə Novruz, BakuPost


Şərhlər
  • Əli Heydər

    Avtobus sürücülərinin əksəriyyəti maşını təhlükəli idarə edir. Bu danılmaz faktdır. Amma insaf naminə demək lazımdır ki, sərnişinlərə qarşı mədəniyyətsiz davranış nümayiş etdirən sürücülər çox azdır. Bu da yəqin ki, onların idarəetmə zamanı məruz qaldıqları streslərin nəticəsində baş verir. Sərnişinləri belə hallara dözümlü yanaşması və sürücünün əsəbi halda dediyi hər hansı bir sözü şişirtməməyə dəvət edirəm.

Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar