Azərbaycanda “28 May” metrosunda təmir işləri ilə əlaqədar sərnişinlərin bir neçə avtobusdan istifadə etməsi nəqliyyat xərclərini artırıb. Həm bu vəziyyətdə, həm də ümumiyyətlə zamana bağlı bilet sisteminin tətbiqi təklif olunur.
İqtisadçı Natiq Cəfərli
“Bakupost”a bildirib ki, ümumiyyətlə zamana bağlı bilet sisteminə keçmək lazımdır.
Onun sözlərinə görə, dünyanın hər yerində gedişhaqqı zamana bağlıdır və birdəfəlik gedişhaqqı kimi ölçülmür. Zamana bağlı 1 saatlıq, 1 günlük, 3 günlük, 1 həftəlik, 1 aylıq və illik biletlər mövcuddur.
N.Cəfərli bildirib ki, vətəndaş metroya minərkən 1 saatlıq bilet alır, metrodan düşüb avtobusa minir və əlavə bilet almır. Bir saat ərzində nə qədər nəqliyyat dəyişsə də, cəmi bir dəfə ödəniş edir.
İqtisadçı qeyd edib ki, ayrı-ayrı güzəştlərin tətbiq olunmasındansa, məsələnin birdəfəlik həlli önəmlidir. Onun sözlərinə görə, sistem tətbiq olunanda tələbələr, şagirdlər və təqaüdçülər üçün güzəştli qiymətlər müəyyənləşdirilir.
N.Cəfərli vurğulayıb ki, dünyanın keçdiyi yol var: “Biz özümüzdən velosiped icad etməkdənsə, normal ölkələrin praktikasını götürüb tətbiq etməliyik.”
Vüsalə Hüseynova,
BakuPost
Məkdəb lər açılsın tıxaclar başlasın görək bir saata necə iki vəya üç nəqliyyat dəyişmək olacaq bu təklifə qiyməti zamanla verməyə olar. Girməmişəm dərəyə düşməmişəm tələyə, tələyə. düşdükdən sonra qiymətimizi böyük məsuliyyətlə verərik. Azərbaycanımız gözəldi gəlin bu gözəlliyi qoruyaq????????????????????????
ZIRT, Siz normal, sosial yönümlü ölkələri nəzərdə tutursunuz. İstəsəydilər çoxdan edərdilər. Söz cərimələrdən, qadağalardan gedəndə bütün dünya "təcrübəsini" soxurlar gözümüzə. Saatlıq gediş haqqı və ya güzəştlər bu yirticilarasərf etməz.
140 nömrəli avtobus mərdəkanda koroğluya 1saat 20 dəqiqəyə gəlir onda neyniyek 1 saatlıq limit olmurki hər hara durmasalar öz xeyirlərinibdusunurlər
Ö, ünsxə xeyir olan qaydalar götürürsünüz digər ölkələrin qayda-qanunlarindan. Bəlkə mən xəstəxanaya gedirem və yolum 3-4 dayanacaqliqdir. Amma mən xəstəxanada növbəni 5_6 saat gözləməliyəm. Əvvəlcə xəstəxana və bunun kimi başqa məsələləri həll edin. Birini də deyim saatlarla davam edən tıxac.
Bunu təklif edənin boyunu yerə soxsunlar. 0,60₼ əvəzinə 2-3₼ edəcəklər və həmin 1 saat ərzində cəmi bir ictimai nəqliyyatdan istifadə edən də 3-4 qat artıq ödəyəcək. Xeyirdimi?
Əla təklifdir. Tiflisə gedəndə ancaq ictimai nəqliyyatın istifadə edirəm. 1 saat ərzində hər hansı bir yerə çatmaq mümkündür.