Heydər Əliyev Beynəlxalq Hava Limanında ölüm hadisəsi baş verib.
Bakupost.az xəbər verir ki, hadisə dünən saat 14 radələrində qeydə alınıb.
Rusiya Federasiyası vətəndaşı olan 1959-cu il təvəllüdlü Sudabar Niftulla qızı Kazhibekovanın səhhəti qəfil pisləşib və o vəfat edib.
66 yaşlı qadının infarktdan ölməsi müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.