Azərbaycanda həbs olunan rusiyalı şəxslərə konsulluq girişi təmin olunub, bu barədə Rusiyanın Bakıda yerləşən səfirliyi məlumat verib.
Bakupost.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi daha əvvəl Rusiya tərəfinin həbs olunmuş Rusiya vətəndaşlarına konsulluq dəstəyinin göstərilməsi ilə bağlı rəsmi müraciətlərə Azərbaycan tərəfindən cavab verməməsi ilə bağlı iddialarının əsassız olduğunu bildirib.
Bundan başqa, Rusiyanın müxtəlif şəhərlərində saxlanılan və cəzaçəkmə müəssisələrində olan Azərbaycan vətəndaşları ilə konsulluq görüşlərinin təşkil olunması üçün dəfələrlə edilmiş müraciətlərə cavablar həftələrlə gecikdirilib.
Aysel,
BakuPost