Ru
12:36 / 24 Oktyabr 2026

Bakıda kütləvi dava ilə bağlı cinayət işi başlanıldı - ANBAAN VİDEO

Eye

09:53

Bakıda kafelərdən birində kütləvi dava baş verib.


"Bakupost" Oxu.az-a istinadla xəbər verir ki, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsində qeydə alınıb.

Tərəflər arasında başlayan mübahisə əvvəlcə əlbəyaxa davaya çevrilib. Daha sonra tərəflər bir-birilərinə bıçaqla hücum ediblər.

Yekunda bir nəfər həyatını itirib. Həyatını itirən Ceyhun adında şəxs olub. O, "Ceyhun Sabunçu" kimi tanınır.

Əməli törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis tərəfindən müvafiq tədbirlər görülür.

***

Bakıda ölümlə nəticələnən kütləvi davanın bəzi təfərrüatı məlum olub.

Məlumata görə, davaya səbəb biznes münasibətlərində yaranmış mübahisə olub. Dəhşətli cinayətdə iştirak edən Əhməd adlı şəxsin ölkədə tanınmış vəzifəli şəxslərdən birinin oğlu olduğu iddia edilir. Hadisədən sonra onun könüllü qaydada polisə təslim olduğu deyilir.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisənin digər iştirakçıları olan Kamran və Həsən adlı şəxslər də saxlanılıblar. Məlumata görə, həmin şəxslər paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində reabilitasiya mərkəzi işlədirlərmiş.

Hazırda davanın digər iştirakçılarının saxlanılması ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xatırladaq ki, baş verən kütləvi davada bir nəfər qətlə yetirilib, bir neçə nəfər isə bıçaqlanıb.

***

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, insidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***

Bakıda baş verən kütləvi dava ilə bağlı cinayət işi başlanılıb.

"Bakupost" Report-a istinadla xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin, 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisənin digər iştirakçılarının axtarışları davam etdirilir.


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar