Ru
19:30 / 19 Avqust 2026

Bakıda məşhur məkanda kabab at ətindən bişirilirmiş - FOTO

Bakıda məşhur məkanda kabab at ətindən bişirilirmiş - FOTO
Eye

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyev küçəsi, ev 114 ünvanında fəaliyyət göstərən fiziki şəxs Nəbiyev Ağaisa Əlisa oğluna məxsus "İbrahim Tatlışiş" kabab evində yoxlama keçirilib.

Agentlikdən "Bakupost"a bildirilib ki, yoxlama zamanı istifadə olunan farşın keyfiyyət və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlər təqdim edilməyib.

Məhsullardan götürülən nümunələrin laborator müayinəsi nəticəsində ətdə at DNT-si aşkarlanıb. Bundan əlavə, müəssisədə izlənmə sisteminin tətbiq edilmədiyi, həmçinin sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən olunub.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilərək məsuliyyətə cəlb olunub və müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.

Qeyd edək ki, həmin obyektin sahibi 2025-ci ilin may ayında keçirilən yoxlama zamanı da at DNT-si aşkarlanması faktına görə məsuliyyətə cəlb olunmuşdu.


Şərhlər
  • Alik

    Birincisi at əti mənşəyi bilinməyən, murdar olmuş əsrlərdən, donuz ətindən milyon dəfə təmizdir və xeyirlidir. İkincisi isə Qida Təhlükəsizliyi xidməti çox güman ki aylığa otuzdura bilməyib deyə səs-küylü reyd keçirir. Qida təhlükəsizliyi xidməti əgər düzgün isləsəydi marketlər insan orqanizminə ciddi zərər verən saxta kərə yağları ilə, tərkibində mənşəyi bilinməyən komponentlər vəs olan kolbasalar və sosislərin və s ərzaqların satışına qadağa qoyardı.

  • Əsədov Nazim

    Hindustandan vğ mənbəyi məlummolmayan xarici ölkələrdən ğələn ətlər Hara ğedir,Bütün Restoranlar bu ğündədir,Quzu ətinin 1 kq-23-25 azndir,

  • Akademik

    Cox yeri yoxlamaq laziimdi bele insanlari zibil yigmaqa gondermek lazimdi ki milleti aldmaq olmaz

  • Qxotnik

    hesab catanda it etinede göz yumulur hesab çatmayanda At eti deyib güzeştle müveqqeti bağlayırlar ki hesabı catdırsınlar

  • Gulcan

    At ən təmiz heyvandır, yaxşı ki at eti olub. Onu açıq aşqar at eti kimi satsaydı, həm müştərisi çox olardı həm də dələduzluq üzrə saxlanılmazdı.

  • L.Ə.

    Bizdə at satılmır. Çox güman ki, ət atçılığın inkişaf etdiyi Monqolustan kimi ölkələrdən gətirilib. Bu isə artıq halallığı şübhə altına alır. Üstəlik, satıcı kababı at ətindən düzəldirsə, bu barədə müştəri qaninla mütləq məlumatlandırılmalıdır.

  • Asif

    Dünyanın ən təmiz heyvanı atdır .burda nə var ki.yəyqin o insan haqısab verməyib yaxalayıblar.

  • Jalə xanım

    Çox sağ olsunlar ki, it əti deyil. Buna da şükür

  • Taleh

    Başa düşmədiyi bir şey var. Adam it əti satmayıb ki? Pak heyvandır da at. At əti bişirində nə olar ki?

  • taleh semedov

    bu o demekdiki adam pulunu verib at eti satir. vermeyendede gelib bax bele xeber saytlarinda yazib antireklam edirsiz

This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar