Ru
23:02 / 04 May 2024

Bakıda həkimə 14 bıçaq zərbəsi VURULDU

7557
Bakının Suraxanı rayonunda ailə məişət zəminində dava zamanı qadın bıçaqlanıb.

Bakupost.az APA - ya istinadla xəbər verir ki, hadisə Əmircan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1973-cü il təvəllüdlü Arzu Bəxtiyar qızı Balabəyova əri ilə mübahisə zamanı bıçaqlanıb. Ona əri ümumilikdə 14 bıçaq zərbəsi vurub.

Yaralı ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı Suraxanı Rayon 33-cü Polis Bölməsində araşdırma aparılır.

Qeyd edək ki, A.Balabəyova Bakıxanov qəsəbəsində yerləşən özəl klinikaların birində həkim işləyir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər