Ru
09:53 / 03 May 2025

Bakıda qadın 6 aylıq uşağının burnunu qırdı - FOTO - YENİLƏNİB

Bakıda qadın 6 aylıq uşağının burnunu qırdı - FOTO - YENİLƏNİB
Eye

Bakıda qadın 6 aylıq uşağına işgəncə verib.

Bakupost.az xəbər verir ki, ana azyaşlı uşağını döyərək bədəninin müxtəlif nahiyyələrinə zərər yetirib.

Aldığımız məlumata görə uşağın burnu qırılıb.

Daha sonra uşaq Pediatriya Mərkəzinə yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, paytaxtın Sabunçu rayonu ərazisində 2024-cü il təvəllüdlü körpənin valideynləri tərəfindən fiziki zorakılığa məruz qalması və nəticədə bədən xəsarətləri alması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının müşayiəti ilə körpə həkim nəzarəti altında təcili xəstəxanaya yerləşdirilib. Məsələ ilə bağlı ərazi polis orqanında araşdırma başlanılıb. Hər iki valideyn izahatlarının alınması üçün Polis Bölməsinə gətirilib. Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Aygün, Bakupost





Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar