Bakıda qardaş qardaşı qətlə yetirib.
Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə iyulun 3-də səhər saatlarında paytaxtın Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində baş verib.
Orada yaşayan Amin Nuri 1996-cı il təvəllüdlü qardaşı Aslan Nurini öldürüb.
Amin Nuri daha sonra polisə könüllü şəkildə təslim olub.
Hadisə yerinə hüquq mühafizə əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.