Ru
13:50 / 20 Avqust 2026

Bakıda xəstəxanadan biabırçı görüntülər: Uşaqlar üçün təhlükə - FOTO

Bakıda xəstəxanadan biabırçı görüntülər: Uşaqlar üçün təhlükə - FOTO
Eye

6 saylı Uşaq Kliniki Xəstəxanasında antisanitar vəziyyətin müşahidə edilməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

“Bakupost” xəbər verir ki, jurnalist Ramilə Qurbanlı sosial şəbəkə hesabında 6 saylı Uşaq Kliniki Xəstəxanasındakı baxımsızlıq və natəmizlikdən narazılığını bildirib.

O, xəstəxananın sanitar qovşağının bərbad vəziyyətdə olduğunu vurğulayaraq, buranın səhiyyə ocağından çox antisanitariya mənbəyini xatırlatdığını qeyd edib:

"Görüntülərə görə bağışlayın, paylaşmaya bilməzdim, bunu kimsə deməlidir. Bura 6 saylı Uşaq Kliniki Xəstəxanasının sanitar qovşağıdır. Bilmədim məkan səhiyyə ocağı, tibb mərkəzidir, yoxsa antisanitariya qaynağı? Tibb mərkəzinin, TƏBİB-in rəhbərliyi uşağını belə bir yerə müayinəyə, müalicəyə gətirər? Burda sağlam uşaq sağalmaz xəstəliyə yoluxar."
Ramila Qurbanlı təkcə sanitar qovşaqların deyil, xəstəxananın otaqlarının və dəhlizlərinin də oxşar bərbad vəziyyətdə olduğunu bildirib.


Şərhlər
  • Adam

    Bu dəhşətli “ Tibb ocağında” 3 ildir ki, Nərimanov Tibb Mərkəzi yerləşdirilib. Xəstələrin və tibbi personalın nə çəkdiyini bir göydəki Allah bilir. Həkimlər və tibb personalı bu uşaq unitazlarına məhkum edilib. Başqa “şəraiti “ barədə sussaq yaxşıdır. Belə bir binada tibb ocağının yerləşməsi həkimlərə və xəstələrə təhkirdir. Heçbir şəraiti olmadığı halda 3 ildir, növbəyə həkimlər və personal saxlanılır. Heç bir şəraiti olmayan bir yerdə.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar