Paytaxtda polis əməkdşları tərəfndən motosikletlər toplanır.
Bakupost.az xəbər verir ki, bu barədə Ölkə.Az-ın redaksiyasına video göndərilib. Motosiklet sahibləri iddia edib ki, nəqliyytat vasitələrinin toplanmasına səbəb kimi isə COP 29 göstərilib.
Həmçinin qeyd edilib ki, digər səbəb yaxın günlərdə baş verən motosiklet qəzaları nəticəsində 2 nəfərin ölməsidir.
Sözügedən videoda həm Post Patrul Xidməti əməkdaşları, həm də yol polisinin olduğu görünür.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli videogörüntü ilə əlaqədar Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin nəqliyyat vasitələrini idarə edən şəxslərin idarəetmə hüququ olmadığı üçün evakasiya edilib:
“Bir daha nəqliyyat vasitəsi sürücülərindən tələb edirik ki, idarəetmə hüququ olmadan sükan arxasına əyləşməsinlər. Əks halda barələrində qanunamüvafiq tədbirlər görüləcək”.
BDYPİ rəsmisinin sözlərinə görə, toplanan motosikletlərin əksəriyyəti çatdırılma xidməti göstərən şəxslərə aiddir.