Ru
00:37 / 12 Dekabr 2024

Bakıda zəncirvari qəza: Dörd “Toyota” toqquşdu - FOTO

Bakıda zəncirvari qəza: Dörd “Toyota” toqquşdu - FOTO
Eye

Bakının Sabunçu rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, qəza Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, hadisə nəticəsində dörd “Toyota” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində sürücülərdən biri xəsarət alıb. O təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

İki avtomobil yararsız vəziyyətə düşüb, yol kənarındakı məlumatverici lövhə sıradan çıxıb. Əraziyə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar