Ru
08:12 / 03 Fevral 2023

"Barbie"nin bu oyuncaqları marağa səbəb oldu - FOTO

7556
Oyuncaq markası “Barbie”nin yeni gəlincikləri marağa səbəb olub.

Bakupost.az bildirir ki, uşaqların 63 ildir oynadığı oyuncaq markası “Barbie” kolleksiyasında yeniliklər edib. Marka inklüzivlik və müxtəliflik çərçivəsində həyata keçirdiyi layihələrə daha birini yenisini əlavə edib.




Belə ki, “Barbie” ilk sklerozlu “Chelsea”ni istehsal etməklə uşaqlarda bu cür mövzularla bağlı məlumatlılığı artırmağı hədəfləyib.

Məşhur oyuncaq şirkətinin əyri onurğalı və çıxarıla bilən kürək dəstəyi olan bu yeni gəlinciyi marağa səbəb olub.

Oyuncaqlar uşaqların kompleks onurğa xəstəliklərində ixtisaslaşan həkimlərlə sıx əməkdaşlıq edərək hazırlanıb.

Həmçinini, bundan öncəki kolleksiyada “Chelsea” ilə bərabər, eşitmə aparatı taxan “Barbie” və vitiliqo xəstəsi olan Ken adlı oyuncaq da təqdim olunub. Əvvəlki kolleksiyalarda fərqli bədən tipləri və dəri rəngləri də yer alırdı.




Əfsanə Rəcəb
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər