UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində “Sabah”ın qonağı olacaq İspaniyanın “Barselona” klubu Azərbaycana gəlib.
“Bakupost” AZƏRTAC-a istinadən həmin görüntüləri təqdim edir:
Xatırladaq ki, “Barselona”nın ulduzu Lamin Yamal zədələndiyi üçün Azərbaycana gəlməyib.
Qeyd edək ki, “Sabah” – “Barselona” matçı noyabrın 25-i Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq.