Ru
21:18 / 14 Noyabr 2024

“Barselona” Ter Ştegeni əvəzləməyəcək

“Barselona” Ter Ştegeni əvəzləməyəcək
Eye

"Barselona"nın idman direktoru Deku zədəli olan Mark-Andre Ter Ştegenin yerinə yeni qapıçı transferinə münasibət bildirib.

Bakupost.az xəbər verir ki, o deyib: "Bizim prioritetimiz Ter Ştegendir. Onun hələ 3 illik müqaviləsi var. Biz heç kimi Ter Ştegenin yerinə transfer etməyəcəyik".

Mütəxəssis "Portu"nun qapıçısı Dioqo Koşta ilə maraqlanmadığını qeyd edib: "Mən onun yerinə olsaydım, əmin olmazdım, "Barselona"da ikinci qapıçı olardım, ya yox. Biz onunla danışıqlar aparmırıq. Ona "Portu" ilə nailiyyətlər əldə etməyə arzulayıram".

Qeyd edək ki, Mark-Andre Ter Ştegen zədə səbəbindən mövsümü erkən başa vurub. "Barselona" bu səbəbdən karyerasını yayda bitirmiş Voyçex Şensnı ilə bir illik müqavilə imzalayıb.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar