Ru
17:10 / 26 Noyabr 2024

"Bavariya" - PSJ qarşılaşmasının saatı AÇIQLANDI

"Bavariya" - PSJ qarşılaşmasının saatı AÇIQLANDI
Eye

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda "Bavariya" klubu PSJ-ni qəbul edəcək.

Bakupost.az xəbər verir ki, Münhendə yerləşən "Allians Arena" stadionunda keçiriləcək görüşü rumıniyalı hakimlər briqadası idarə edəcək.

Rəqiblərin heyətində ciddi itkilər var.

Belə ki, "Bavariya"dan Coao Palinya və Yosip Stanişiç, PSJ-dən isə Lukas Ernandes və Senni Maili zədə səbəbindən komandalarına kömək edə bilməyəcəklər.

Qeyd edək ki, rəqiblər indiyədək 14 dəfə üz-üzə gəliblər. Bunlardan səkkizində "Bavariya", altısında isə PSJ qalib gəlib.

Yayım Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar