"Baza" teleqram kanalının prodüseri Tatyana Lukyanova istintaq təcridxanasından ev dustaqlığına buraxılıb.
Bakupost.az kanala istinadla xəbər verir ki, qərar Zamoskvoretski məhkəməsində qapalı keçirilən iclasda qəbul edilib.
Lukyanova polis əməkdaşına rüşvət verməkdə ittiham olunur, lakin nəşr bu iddianı təkzib edir.
Əvvəlcə istintaq orqanları onun həbs müddətinin uzadılmasını tələb etsələr də, sonradan jurnalistin azadlığa buraxılmasını istəyiblər.
Nəşrin baş redaktoru Qleb Trifonovla bağlı oxşar vəsatətin baxılması isə daha sonra keçiriləcək.
Ayxan,
BakuPost