Ru
21:31 / 12 İyun 2025

Bessent İranın kölgə donanmasına qarşı bu sərəncamı imzaladı

Bessent İranın kölgə donanmasına qarşı bu sərəncamı imzaladı
Eye

ABŞ-nin maliyyə naziri Skott Bessent İranın, belə desək, kölgə donanmasına təsir edəcək sanksiyalarla bağlı iki sərəncam imzaladığını açıqlayıb.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə qurum rəhbəri ABŞ Senatında keçirilən dinləmələrdə bildirib.

“Bu səhər İrana qarşı sanksiyalarla bağlı daha iki sərəncam imzaladım. Biz maksimum təzyiq göstəririk (İrana qarşı – red.). Biz onların kölgə donanmasının izinə düşməyə çalışırıq”, - o deyib.

Xatırladaq ki, ötən həftə ABŞ həmçinin İranın xeyrinə pulların yuyulması ilə bağlı 10 fiziki və 27 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar