Ru
17:09 / 16 İyul 2025

Beyləqanda bıçaqlanan qadın Bakıya gətirilərkən yolda öldü

Beyləqanda bıçaqlanan qadın Bakıya gətirilərkən yolda öldü
Eye

Beyləqanda bıçaqlanan 48 yaşlı qadın Bakıya gətirilərkən yolda ölüb.

Bakupost.az xəbər verir ki, ötən gün rayonun Bolsulu kəndində mübahisə zamanı Həsənova Bəsti Muxtar qızı bıçaqlanıb.

O, çoxsaylı bıçaq xəsarətləri ilə Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, yaralıya ilkin tibbi yardım göstərildikdən sonra Sabunçu Tibb Mərkəzinə göndərilərkən yolda ölüb.

Baş vermiş hadisə ilə bağlı onun həmkəndlisi 23 yaşlı Amil Ağayev hüquq-mühafizə əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar