Qulluq stajına görə əlavələrlə pensiya təyin edilən şəxslərə gələcəkdə veriləcək artımlar yeni qaydada hesablanacaq.
Bakupost.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.
Onun özlərinə görə, hesablamalar zamanı müəyyən olunub ki, onların əmək haqqılarında olan təxminən 20 faizlik artım həmin şəxslərin pensiyalarına cəmi 9,2 faizlik təsir edib: "Amma əvvəlki illərə nəzər salsaq görərik ki, pensiyalar kifayət qədər böyük həcmdə ölkə üzrə indeksasiya olunur. Məsələn, keçən il indeksasiya 11,4 faiz, ondan əvvəlki ildə isə 16,6 faiz həcmində olub. Sığorta prinsipi ilə pensiya alan şəxslərin pensiyalarının indeksləşdirilmə üzrə artımları həmin şəxslərin əmək haqqılarındakı artımlar üzrə təsirini daha da üstələyir".
H.Məmişov qeyd edib ki, bu nəzərə alınmaqla həmin şəxslərə dövlət qayğısının gücləndirilməsi, onların pensiyalarının hər il artırılması və həmin pensiyaçıların maddi rifahının yüksəldilməsi üçün bu addım atılıb: "Onların pensiyalarının əmək haqqı ilə bağlı deyil, indeksləşdirmə ilə artırılması metoduna keçirilib. Növbəti ildən bu metodologiya əsasında həmin şəxslərin pensiyalarının artımlarılması üçün qanunvericiliyə dəyişiklik hazırlanır".
Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı yeni sərəncam qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxsləri də əhatə edir. Nazirlər Kabinetinə bu kateqoriyadan olan pensiyaçıların pensiyalarının indeksləşdirilməklə artırılması, habelə 2022-ci il üzrə maddi dəstəyin göstərilməsinə dair təkliflərini 1 ay müddətində təqdim edilməsi tapşırılıb.
Qeyd edək ki, qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxslər 99 min nəfərdir və əsasən pensiyaya çıxmış hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət qulluqçuları və b. ibarətdir. Mövcud qanunvericiliyə əsasən bu kateqoriyadan olan pensiyaçıların pensiyaları sığorta prinsipindən kənar formalaşdığına görə illik indeksasiyalar onların pensiyalarının ümumi məbləğinə şamil olunmur. Yeni Sərəncam isə bu şəxslərə də 2022-ci ildə dövlət dəstəyinin göstərilməsinə və ümumi pensiya məbləğlərinin hər il artırılmasına imkan yaradacaq.
İllik artım = Maximum (Maaş artımı; İllik inflyasiya) düsturu ilə hesablanmalıdır. Yəni təqaüdçünün lehinə hesablanmalıdır. Məsələn, Maaş artımı=5% və İllik inflyasiya=12% olarsq Pensiyalar 12% ilə indeksasiya edilməlidir.
Hökümət üzvləri olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və DSMF rəhbərləri bizim kimi 45 - 50 il stajlı, Akademiya təhsilli, MAGİSTRIƏRİN 1970 - 2006 İllərdəki iş stajları kapitallarını milyonlarla dövlət ictimai sıqorta ayırma və tutulmaları açıqaşkar mənimsəyib iş stajına görə KONSTİTUTSİON TƏMİNATLI PENSİYA SİSTEMİNƏ KEÇDİKDƏN SONRA NƏYƏ GÖRƏ VƏDİNƏ ƏMƏL ETMƏDİ, TƏK 2006 - 2018 İLLƏRDƏKİ MİNİMUM ƏMƏK HAQQINDAN ÖDƏNİLMİS PENSİYA KAPİTALINI ƏSAS GÖTÜRÜB, BİZLƏRƏ 2018 İLDƏ 188 man. İNDİKİ 260 man + 8 -9 % " artımla " tək kommunaldan basqa heç nəyə çatmayan " PENSİYA " ADLI UTANDIRICI KİÇİK MƏBLƏQLƏ AC DƏRMANSIZ MÜALİCƏSİZ İLDƏ 1 ƏDƏD PULSUZ PUTYOVKASIZ, GEYİMSİZ, LƏVAZİMATSIZ , YARDIMSIZ DAMCILI SOYUQ EVLƏRDƏ BİZLƏRİ ƏZA DA QOYDU. Yarımsrdə milyonlarla Məcburi Dövlət İctimai Sıqorta ayırma və tutulmalarını biz etibar edib fonda bu əzablı günlərimiz üçünmü ödəmişdik. Ümumi iş stajımızın yarısı qədər stajlı nəyəsə görə POLİS və Hərbçilər, hkəmə və Pokurorluq işçiləri biz yarım əsrədək stajlılarından dəfələrlə çox PENSİYANI MƏHZ BİZİM 1970 - 2006 İLLƏRDƏKİ FONDA ÖDƏMƏLƏRİMİZDƏN ALMALI VƏ BİZ YAZIQLAR ACLIQ VƏ SOYUQLA ƏLAQƏLİ XƏSTƏLİKLƏRDƏN VAXTSIZ ÖLMƏLİYİK ? Həmin siz deyən Polis və Hərbçilərdən, Prokurorluq və Məhkəmə əməkdaşlarından, Deputatlardan yə görə digər adi insanları ayırır və günah qa,a ırsınız ? oskva Əmək və Sosial Münasibətlər Akademiyasının məzunu , İqtisadiyyat Magistri , Elmi tədqiqatçı araşdırıcı , 48 il ək stajlı 22 il YAP ÜZVÜ VƏ DƏSTƏKÇİSİ, 20 İl DÖVLƏT İCTİMAİ SIQORTA FONDUNA RƏHBƏRLİK , NƏ,ARƏT, HESABAT İŞLƏRİNƏ RƏHBƏRLK ETMİŞ QUBA RAYON HƏMKARLAR İTTİFAQI KOMİTƏSİNİN BAŞ MÜHASBİ KİMİ bax mən bunu 68 YAŞDA ANLAMIRAM. Nəyə nəzərə almırsınız ki mən O zamanın DÖVLƏT QULLUQÇUSU OLARAQ son 25 - 30 ildə 40 NƏFƏRLİK Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələrinin həmin ödəmələrimizdən yüksək maaş və pensiya almış 30 - 40 nəfərinin bütün işlərini tək bir BAŞ MÜHASİB ŞTATI ilə layiqincə və qüsursuz İCRA ETMİŞİK ? Quba Nəsimi 28 tel.+994514232683 [email protected]
Sizin bu işdə marağınız olmasa buna getməzdiniz.Guya bizlərə canları yanır. Sizin dərdiniz necə edəkki bunlar artımlardan kənarda qalsın məsələsidir. Yoxsa kişilərin hərbiçilərə, hüquq mühafizə orqanlarının əməkdaşlarına guya canları yanır. Siz dediniz bizdə inandıq
Soruşuram Sizdən kim xahiş edib.Sizin nə marağınız var qanuna dəyişiklik etmək istəyirsiz Hərbi pensiyaçıların soruşan olubmu qanuna dəyişik etmək istəyinizlə razıdırlar.