Ru
12:56 / 08 Fevral 2024

Bir tərəfdə dəniz, digər tərəfdə qarla mübarizə...

7277
Türkiyənin Mersin şəhərində bir tərəfdə qarlı hava, digər tərəfdə istilər hökm sürür.

Bakupost.az xəbər verir ki, Şərqi Aralıq dənizinin turizm cənnəti olan Mersində iki mövsüm eyni vaxtda yaşanır. Havanın temperaturunun 18-19 dərəcəyə çatdığı şəhərin mərkəzində yaşayan insanlar gözəl havadan həzz almaq üçün sahilə üz tuturlar. Bəzi insanlar çimərlikdə gəzir və dəniz havasını udur, bəziləri isə özlərini Aralıq dənizinin mavi sularına atır.




Digər tərəfdən Toros dağlarının yüksək hissələrində qarla mübarizə işləri aparılır. Komandalar kənd və yayla yollarının bağlanmasının qarşısını almaq üçün çalışırlar.

Səlahiyyətlilər xüsusilə sürücülərə xəbərdarlıq edir ki, zəncirsiz maşınlarla yaylalara getməsinlər.

Silifke ilçəsində yaşayan Ayşe Alsan (60) "Yaydan qalma hava var. Bu gözəl havada dənizdə çimirik. Bizdən 20 kilometr yuxarıda isə qar var. İki fəsli birlikdə yaşayırıq. Hər kəsi dənizdə üzməyə və bu gözəl havanın dadını çıxarmağa dəvət edirəm."


Aygün
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər