Ru
23:48 / 17 Avqust 2022

“Bizim Market” satıldı – Qalmaqallı iş adamı ölkəni tərk edir? - FOTO

31128
"Bizim Market” mağazalar şəbəkəsinin və köhnə "Maşın bazarı”nın sahibi kimi tanınan iş adamı Rasim Salmanov bütün biznesini satır.



Bakupost.az -ın əldə etdiyi məlumata görə, artıq “Bizim Market MMC” satılıb. Şirkəti Promart MMC alıb.



Babəkdə yerləşən “Maşın bazarı” isə yaxın günlərdə satışa çıxarılacaq.



R.Salmanov 1000-dən çox daşınmaz əmlakın sahibidir. İş adamının bütün əmlakını əldən çıxarmaq istədiyi bildirilir. Onun ölkəni tərk etməyə hazırlaşdığı ehtimal edilir.



Xatırladaq ki, R.Salmanov daha öncə dəfələrlə qalmaqallı məsələlərlə gündəmə gəlib. Onun ölkədən 100 milyon dollar çıxardığı bildirilirdi.



Qalmaqallı iş adamı baldızı Həcər Quliyeva və baldızının oğlu Sahib Quliyevdən şikayətçi olaraq onları həbs etdirmişdi. Onlar “Bizim market”lərin dövriyyəsindən 4 milyon manatdan çox vəsaiti oğurlamaqda ittiham edilirdi.



2019-cu ildə R.Salmanovun ölüm xəbəri yayılmış, daha sonra bunun doğru olmadığı anlaşılmışdı.




Aysel
Baku Post





“Bizim Market” satıldı – Qalmaqallı iş adamı ölkəni tərk edir?   - FOTO
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
  • Ruslan Səmədov

    Azərbaycana yad olub,Azərbaycana soxulub kimlərinsə məsuliyyətsizliyi üzündən vəzifə alan,biznes quraraq varlanan şəxslər rüşvət və qazandıqlarnı xaricə çıxarıb və Azərbaycanda əldə etdikləri əmlak və digər vəsaitləri asanlıqla sataraq ölkəni tərk etmək məqsədi güdürlər.Hökumət isə bu halları görməzdn gəlir.Niyə unudulur ki, bu vəsaitlər Azərbaycana məxsus olduğndan ölkədən çıxarılmamalıdır!Buna ciddi nəzarət və qadağa qoyulmalıdır.

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər