Ru
10:34 / 14 May 2024

Blinken Ukraynada: Dəstəyimizi göstərmək üçün... - FOTO

1376
ABŞ dövlət katibi Antoni Blinken Ukraynaya rəsmi səfər edib.

Bakupost.az xəbər verir ki, Amerikalı nazir X sosial media platformasındakı paylaşımında Ukraynanı dəstəklədiyini təkrarlayıb.

Blinken paylaşımında “Ukraynaya dəstəyimizi göstərmək üçün bu gün Kiyevə gəldim”, yazıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller yazıya istinadən bildirib ki, Blinken Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski və Ukraynanın yüksək səviyyəli liderləri ilə görüşəcək.

Miller qeyd edib ki, Blinken liderlərlə ABŞ-nin yeni təhlükəsizlik və iqtisadi yardımının təsirini və Ukraynanın iqtisadi dirçəlişinə dəstək səylərini müzakirə edəcək.

Qeyd edək ki, son günlər Rusiya Ukraynanın şimal sərhədi Xarkova hücumlarını gücləndirib və bu bölgəni yenidən qaynar cəbhə xəttinə daxil edib.

Rusiya ordusu son bir neçə gündə Xarkov vilayətində 10-dan çox yaşayış məntəqəsini nəzarətə götürüb.

Ukrayna Rusiyanın artan hücumlarına qarşı Qərbdən hərbi dəstəyin artırılmasını istəyir.




Elnur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər