Ru
21:07 / 28 Mart 2024

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

1877
BMT Baş katibi Antoniu Quterreş azərbaycanlı diplomat Rəsul Bağırovu təşkilatın Belarusdakı rezident əlaqələndiricisi vəzifəsinə təyin edib.

Bakupost.az xəbər verir ki, bu barədə "Report"a BMT Baş katibinin sözçüsü Stefan Dujarrik deyib.

Sözçü bildirib ki, Belarus hökumətinin razılığı alınıb və R.Bağırov martın 30-da yeni vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, diplomat əvvəllər Cenevrədə Ümumdünya Səhiyyə Təşkilatında Baş direktorun ofisində ölkə strategiyası və dəstək bölməsinin rəhbəri vəzifəsində çalışıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər