Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş İsrailin İranın nüvə obyektlərinə endirdiyi hava zərbələrindən dərin narahatlıq keçirdiyini bildirib.
Bakupost.az "TASS"a istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq məlumat verib.
“Baş katib hər iki tərəfi maksimum təmkinli olmağa və istənilən yolla münaqişənin daha da kəskinləşməsindən çəkinməyə çağırır”, – bəyanatda deyilir.
Lalə,
BakuPost