Ru
22:07 / 23 May 2025

BMT-nin Türkiyə ilə bağlı bəyanatı: "Təqdir edirik"

BMT-nin Türkiyə ilə bağlı bəyanatı: "Təqdir edirik"
Eye

"2014-cü ildən bəri Suriyaya 62 mindən çox yardım maşını göndərilib. Bu, Türkiyə hökumətinin suriyalılara verdiyi dəstəklə birlikdə, həqiqətən də, bu əməkdaşlığın gözəl nümunəsidir. Biz bu əməkdaşlığı dəstəkləyirik və təşəkkür edirik".

Bakupost.az xəbər verir ki, bunu BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) Əməliyyatlar və Təbliğat direktoru Edem Vosornu deyib.

Təkcə bu ilin əvvəlindən bu yana Türkiyədən Suriyaya 1000 yardım maşınının sərhədi keçdiyini bildirən Vosornu, sərhədyanı yardım əməliyyatlarının bir gecədə bitməyəcəyini, prosesin bütün tərəflərlə əməkdaşlıqda məsuliyyətli şəkildə idarə olunması lazım olduğunu bildirib.


Aygün, Bakupost.az


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar