Ru
09:47 / 02 Aprel 2024

Boşanma səbəbləri məlum oldu - FOTO

4322
Türkiyəli aktrisa Ceyda Düvenci və aktyor Bülent Şakrakın boşanma səbəbi məlum olub.

Bakupost.az xəbər verir ki, Maviye Sürgün serialının çəkilişləri üçün bir müddət evdən uzaqlaşan Şakrakın çəkiliş meydançasında tanış olduğu Esra Akpınarla yaxınlaşdığı üçün Düvenciyə boşanmaq istədiyini dediyi iddia edilib.

Düvencinin boşanmanı qəbul etməsindən sonra cütlük evliliklərini bitirib.

Menecer və aktyor olan Esra Akpınarla Bülent Şakrakın münasibətlərini davam etdirdiyi, lakin münasibətlərini mətbuatdan uzaq tutmağa üstünlük verdikləri də bildirilir.

Qeyd edək ki, Ceyda Düvenci və Bülent Şakrak 2015-ci ildə ailə qurub, Okan Ali adında oğulları var.






Aygün
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər