Ru
17:45 / 15 May 2024

“Boşanmaya görə qadınlar da günahkardır” - Novella Cəfəroğlu

1613
“Qızı ərə verərkən ailələrin bir-birinə uyğunluğu nəzərə alınmalıdır. Qız və oğlanın ailəsi bir-biri ilə dil tapmalıdırlar ki, onlar qohum ola bilsinlər. Çünki gənc ailələrdə baş verən problemləri sabah o valideynlər yoluna qoyacaq. Bizim vaxtımızda qız ərə verəndə oğlanı qohum-əqrəbadan, qonum-qonşudan soruşurduq. Bunun başında adət-ənənələr durub”.

Bunu Bakupost.az -a açıqlamasında Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

O, qızların da sərbəst olduğunu bildirib:

“Qızlarımız da çox sərbəst olublar. Bundan əvvəl də kişi qadını döyürdü, zorakılıq var idi. Amma bu gün bizim qızlarımız sərbəst yaşayırlar, normal pul qazanırlar və ona görə da zorakılığa dözməyib boşanmağa qərar verirlər. Bunlar isə ailə dəyərlərini bilməyən gənclərdir. Ailədə bir-birilərini başa düşməsələr, boşanmaların da sayı çox olacaq”.

N.Cəfəroğlunun sözlərinə görə, burda təkcə kişiləri ittiham etmək düzgün deyil:

“Boşanmalarda təkcə kişiləri ittiham etmək doğru deyil, burda qadınların da günahı var. Televiziyalarımız, mətbuatımız bu məsələləri qabartmalıdır. Kişilər həmişə ailədə hegemon olduqlarını deyirlər, biz buna etiraz etmirik. Bir məsəl var ki, “Əgər sən kraliça olmaq istəyirsənsə, ərini kral etməlisən”. Bunu cavan qızlarımız başa düşməlidir. Hər şeydə görə evdə söz-söhbət salmaq olmaz. Gənclərimizə demək istəyirəm ki, ailə qurmağa tələsməsinlər”.

Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzinin (STM) “Müasir Azərbaycan ailəsi” mövzusunda hazırladığı analitik hesabatda Azərbaycanda respondentlərin yarıdan çoxu boşanma qərarının verilməsini legitim edən əsas amilin ailədə narkomaniya və alkoqolizm problemi olduğunu düşünür.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər