Hansı bank etibarlıdır? - SORĞU
Ru
19:52 / 26 Noyabr 2024

BP və SOCAR Türkiyədən niyə çıxır? - ŞƏRH

4916
BP-nin ardından SOCAR da Türkiyə bazarından çıxmaq istəyir. Şirkət qaz paylama biznesini satmaq üçün danışıqlara başlayıb. Eyni ayda iki nəhəng şirkətin Türkiyədən çıxması ölkədəki hansı iqtisadi proseslərlə bağlıdır?

Mövzuyla bağlı Bakupost.az -a iqtisadçı Natiq Cəfərli danışıb.

O, bu məsələnin təkcə Türkiyənin iqtisadi vəziyyətiylə əlaqəli olmadığını bildirib:

“Burada SOCAR-ın özünün də müxtəlif layihələr üçün aldığı kreditlər var.
Bilirsiniz ki, bu şirkətR ayrıca bir kredit xəttinə malikdir. Bir çox kreditlərinin qaytarılması üçün bəzi aktivlərini satmasıyla bağlı məsələ əvvəl də masada var idi. Bir tərəfdən bununla bağlı ola bilər. Bundan əlavə, neft şirkətlərinin "yaşıl enerji"yə keçid konsepsiyaları var. Buna görə də, "yaşıl enerji"nin istehsalı və ixracına yatırımlar üçün vəsaitə ehtiyac yaranacaq. Çünki bunlar bahalı layihələrdir. Doğrudur, perspektivli və müasir yanaşmadır, amma bahalıdır. Düşünürəm ki, SOCAR-ın Türkiyədən çıxması həm də bunlarla bağlıdır”.

Ekspert bildirib ki, digər bir səbəb isə Türkiyənin iqtisadi vəziyyəti ilə əlaqəli ola bilər:

“Türkiyədə infiliyasiya və xarici borc çox yüksəkdir. Bununla bağlı biznesin rentabelliyinə kölgə düşür. Lakin düşünürəm, əsas məsələlərdən biri də budur ki, SOCAR-ın böyük layihələrə yatırım üçün əlavə vəsaitə ehtiyacı yaranmış ola bilər”.

Natiq Cəfərli BP-nin də faydalı qazıntılardan "yaşıl enerji"yə keçid konsepsiyası olduğunu vurğulayıb:

“Onlar çox da yüksək rentabelliyi olmayan aktivlərini sataraq əldə olunan vəsaiti "yaşıl enerji"yə investisiya etməyi düşünürlər. Nəzərə alaq ki, SOCAR-la BP-nin çox yaxın əlaqələri var. Buna görə də, iki böyük şirkətin bu qərarı almasında məsləhətləşmələr də ola bilər”.

Rəhman Mirzəlizadə, Bakupost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar