Ru
09:20 / 22 May 2025

Britaniya bu əraziləri Mavrikiyə qaytaracaq

Britaniya bu əraziləri Mavrikiyə qaytaracaq
Eye

Böyük Britaniyanın Baş naziri Kir Starmer Mavrikiya ilə Çaqos arxipelaqını ona təhvil vermək üçün müqavilə imzalayacaq.

Bakupost.az xəbər verir ki, bu barədə Britaniyanın “The Daily Telegraph” qəzeti məlumat yayıb.

Baş nazir cümə axşamı, mayın 22-də Mavritaniya hökumətinin nümayəndələri ilə virtual imzalanma mərasimində iştirak edəcək. Britaniya uzaq, lakin strateji əhəmiyyətli adalar çoxluğu üzərində suverenlikdən imtina etməklə yanaşı, hərbi bazadan istifadəyə görə Mavrikiyə ümumilikdə təxminən 9 milyard funt sterlinq (12 milyard dollar) ödəyəcək.

Ölkələr arasında razılaşma 2024-cü ilin oktyabrında əldə olunub. Qərar krallığın müxalif Mühafizəkarlar Partiyası tərəfindən tənqid olunub. Partiya rəhbərliyi hesab edir ki, Mavrikiyanın Çinlə sıx əlaqələri Dieqo-Qarsiya adasındakı britaniyalı hərbçilərin təhlükəsizliyini təhdid edir.

Çaqos adaları Hind okeanında 60-dan çox tropik adadan ibarət yeddi atolldan ibarət arxipelaqdır. 1965-ci ildə ölkə hələ Britaniya koloniyası olanda Mavrikiyadan ayrılıb. London onu 3 milyon funt-sterlinqə alıb və özünün xaricdəki ərazisi elan edib.

Mavrikiya Britaniyanı arxipelaqı qeyri-qanuni müstəmləkə işğalında ittiham edərək, onun müstəqillik müqabilində adalara olan hüquqlarından qeyri-qanuni şəkildə imtinaya məcbur olduğunu iddia edib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar