Böyük Britaniya İran-İsrail münaqişəsinin kəskinləşməsi ilə əlaqədar Tehranda yerləşən səfirliyinin əməkdaşlarını təxliyə edib.
Bakupost.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında məlumat yayılıb.
"Britaniya heyəti müvəqqəti olaraq İrandan çıxarılıb. Səfirliyimiz məsafədən işləməyə davam edir", - məlumatda bildirilib.
Qeyd edək ki, Britaniyanın xarici işlər naziri Devid Lemmi isə “X” sosial şəbəkəsindəki hesabında hava məkanı yenidən açıldıqdan sonra öz vətəndaşları üçün Təl-Əvivdən çarter reysləri təmin edəcəyini bildirib.