Ru
22:22 / 05 İyul 2025

Britaniya Suriya ilə diplomatik münasibətləri bərpa edir

Britaniya Suriya ilə diplomatik münasibətləri bərpa edir
Eye

Böyük Britaniya Suriya ilə diplomatik münasibətləri bərpa edir.

Bakupost.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Suriya Prezidenti Əhməd Əl-Şaara ilə görüşündə deyib.

"Suriya xalqı üçün yeni ümid var. Böyük Britaniya Suriya ilə diplomatik əlaqələri bərpa edir. Çünki bütün suriyalılar üçün sabit, daha təhlükəsiz və firavan gələcək qurmaq öhdəliyini yerinə yetirməkdə yeni hökuməti dəstəkləmək bizim maraqlarımızdadır", - Lemmi söyləyib.

Suriya liderinin mətbuat xidmətindən bildirilib ki, tərəflər görüş zamanı ikitərəfli münasibətləri və əməkdaşlığın möhkəmləndirilməsi yollarını, həmçinin regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar