Ru
19:47 / 13 Yanvar 2022

Bu halda karantin rejimi məcburən sərtləşdiriləcək - Həkimlə MÜSAHİBƏ

18725
Koronavirusun son zamanlarda ortaya çıxan yeni “Omikron” ştammı, bütün dünyada olduğu kimi, Azərbaycanda da böyük narahatlıq doğurur. Virusun yeni variantı ötən günlərdə xaricdən respublikamıza gələn şəxslərdən götürülmüş 12 nümunədə aşkar edilib.

Bakupost.az xəbər verir ki, Media.Az bu ştammın yüksək yoluxuculuğunu nəzərə alaraq, karantin rejiminin sərtləşdirilməsi gözləntiləri, xəstələrin “omikron”u necə keçirmələri, bir insanın eyni vaxtda koronavirusun bir neçə variantına yoluxma ehtimalı barədə hepatoloq-terapevt Zaur Orucovla danışıb.



- Sözün əsl mənasında bu günlərdə Kiprdə koronavirus “deltakron” adı verilən yeni ştammı – “delta” və “omikron” ştammlarının qarışığı aşkar edildi. Birincisi daha “ölümcül” hesab olunsa da, “omikron” haqqında, onun yüksək yoluxuculuğu istisna olmaqla, bu günə qədər çox az şey məlumdur...

- Anlamaq lazımdır ki, yeni koronavirus ştamları qeyri-müəyyən müddətdə ortaya çıxmağa davam edəcək. Bu, bütün viruslara xasdır. Bu və ya digər ştammın üstünlük təşkil edəcəyini hələlik iddia etmək mümkün deyil. Biz indiyədək gözlənilmədən ortaya çıxan, hətta xüsusi adlar alan, lakin sonradan daha yoluxucu bir ştamla əvəz olunan bir neçə COVID-19 variantını görmüşük. Sadəcə “omikron” çox yoluxucudur. Ona görə də dünyanın bir çox ölkələrində çox sürətlə yayılmaqda davam edir və bununla da digərlər variantları üstələyir. Amma hələ də onun haqqında dəqiq bir şey deyə bilmərik. Çünki o, nisbətən yaxınlarda meydana çıxıb, vaxt lazımdır.

- Koronavirusun bütün viruslar kimi mutasiyaya davam etdiyini, “delta” və “omikron” ştammlarının yayılmaqda davam etdiyini nəzərə alaraq, aydınlaşdırmaq istədim ki, bir insan eyni anda bir neçə COVID-19 ştamına yoluxa bilərmi?

- Əlbəttə, özü də təkcə koronavirusun müxtəlif variantlarına deyil. Bu, koronavirus və mövsümi qripin qarışığı da ola bilər.

- COVID ştamlarının və ya koronavirusla mövsümi qripin qarışığı halında xəstəliyin gedişi ağırlaşırmı?

- Bilirsiniz, belə halda xəstədə daha ağır virusun simptomları üstünlük təşkil edəcək. Əgər burnlar “delta” və “omikron”dursa, təbii ki, “delta” özünü daha çox büruzə verəcək. Yox, əgər bu mövsümi qrip və “omikron” ştammıdırsa, birincisi daha aqressiv davranacaq. Belə ki, COVID-19 immunitet sistemini xeyli zəiflədəcək. İstənilən halda, iki virusun olması xəstəliyin gedişatını bir qədər çətinləşdirəcək.

- Nəzərə alsaq ki, “omikron” artıq Azərbaycanda yayılmağa başlayıb, bu gün ölkədəki epidemioloji vəziyyəti necə qiymətləndirirsiniz?

- Hazırda epidemioloji vəziyyət stabildir. Lakin bir-iki həftədən sonra “omikron” özünü büruzə verəcək və vəziyyət daha da mürəkkəbləşə bilər.

- Bu halda, yazadək daha sərt məhdudiyyətlər gözləməliyikmi? Çünki biz artıq yoluxmuş insanların sayında artım müşahidə edirik.

- Səhiyyə sistemi xəstə axınının öhdəsindən gələ bilməyən kimi karantin rejimi məcburən sərtləşdiriləcək, məhdudiyyətlər zərurətə çevriləcək.

- Amma deyəsən indi vətəndaşlar xəstəliyi daha asan keçirirlər...

- Doğrudan da xəstələr mənə daha az müraciət edirlər. Hiss olunur ki, vəziyyət bir az stabilləşib, çoxları peyvənd olunub, bəziləri artıq heç olmasa bir dəfə xəstələnib. Amma bu mənim subyektiv fikrimdir, COVID xəstəxanalarında işləyənlər daha yaxşı bilər.

- “Omikron” xəstələrimizdə bir çox ölkələrdə olduğu kimi yüngül formada keçsə, digər ştamlardan üstün olsa, pandemiyanın sona çatmasından danışmaq mümkün olacaqmı?

- Bəli, ümid edirik. Koronavirusun adıçəkilən ştammı yüksək yoluxucu olsa da, eyni zamanda mövsümi qrip kimi, fəsadsız davam edərsə bu, mümkündür. Yalnız bundan sonra pandemiyanın sonu haqqında danışmaq olar. Bunun bu il baş verib-verməyəcəyini söyləmək çətindir. Amma inanırıq, ən azından istisna etmirik.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər