Ru
12:19 / 09 May 2024

Bu mükafat çiynimə böyük yük qoyur - Təyyar Bayramov

Bu mükafat çiynimə böyük yük qoyur - Təyyar Bayramov
Eye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bir sıra aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi barədə sərəncam imzalayıb.

Bakupost.az xəbər verir ki, mükafat alanlar sırasında Əməkdar artist, muğam ifaçısı Təyyar Bayramov da var.

T.Bayramov bununla bağlı öz xoş təəssüratlarını bizimlə bölüşüb və ölkə başçısına təşəkkür edib:

“Təbii ki, gözəl təəssüratdır. Bu mükafatı almaq bir sənət adamı kimi bizim üçün çox böyük stimuldur. Mənim üçün bundan böyük sevinc yoxdur. Bu mükafat çiynimə böyük yük qoyur. Ona görə də daha da əzmlə çalışacam. Cənab Prezidentə təşəkkür edirəm. Allah xalqımızı, dövlətimizi qorusun. Bu çox gözəl hissdir”.

Vasif Əlihüseyn
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar