"Berlin artıq Ukraynanın müharibədə qalib gələ biləcəyinə inanmır".
Bakupost.az xəbər verir ki, bu barədə “Bild” Almaniya Müdafiə Nazirliyindəki mənbələrinə istinadən yazır.
Nəşr qeyd edir ki, ölkənin müdafiə naziri Boris Pistorius Ukraynanın qələbəsinin zəruriliyində israr etməkdə davam edir. Bununla belə, nazirlik daxilində onlar Ukraynanın qələbəsi ehtimalına artıq inanmırlar.
Alman ordusu Ukrayna Silahlı Qüvvələrinin sıralarında “böyük tükənmə” olduğunu qeyd edir. Almaniya Müdafiə Nazirliyinin analitik sənədlərində deyilir ki, Rusiya ağır itkilərə baxmayaraq, “sistemli şəkildə irəliləyir”.
Nazirlik ekspertləri Rusiyanın hücumunu necə dayandıracaqlarını bilmirlər və Rusiyanın döyüşü davam etdirmək niyyəti Berlində “həddən artıq narahatlığa” səbəb olur.
Cavidan, BakuPost